1-ci təsbit
Zarafatcıl "Zaytung" yazıb:
"İŞİD Türkiyədən çıxmaq qərarı aldığını açıqlayıb: terror və şiddət cəhətdən özü özünə bəs edən bir ölkədir.."
Bu mənə heç də zarafat kimi görünmür!
Camaatı çevriliş cəhdindən öncə İŞİD və PKK-nın "canlı bomba yarışı"na girdiyini nəzərinizə çatdırıram.
Xatırlayın.. 12 Sentyabr 1980-ci il çevrilişindən sonra şiddət hadisələri dayanmışdı. Sonra açıqlamışdılar: çevrilişə 2 il öncədən qərar veriblər. Terrora səs çıxarmayaraq xalqın qiyamı qəbul edəcəyi günü gözləyiblər!
İndi.. Səbrsizliklə gözləyirəm: İŞİD və PKK teraktları bundan sonra necə olacaq? Bıçaq kimi kəsiləcək? Görəcəyik..
2-ci təsbit
Çevriliş cəhdinin baş verdiyi gecə "CNN Internatioal" telekanalında danışan amerikalı analitiklər eyni cümləni işlətdilər: "Bu, mümkün və gözlənilən bir hərbi müdaxilədir!"
Təəccüblü deyil. Pentaqon sözçüsü Maykıl Rubindən Dik Çeneyin milli təhlükəsizlik sözçüsü Con Hannaha qədər amerikalılar sadəcə bu il nə yazmayıblar?
Hannah tam bir ay əvvəl "Foreign Policy" jurnalına belə yazıb:
"Ərdoğan problemi ABŞ-ın maraqları üçün böyük təhlükələr yaratmağa davam edir. Tezliklə bir hesablaşma gününün gəlişi ehtimallardan kənar deyil. ABŞ daha az zərər görmək üçün hazırlıqlarına indidən başlamalıdır…"
Rubin 4 ay əvvəl "Nyusvik"də qiyamçıları inandırırdı:
"ABŞ-da seçkilərin yaxınlaşdığı bu dövrdə Obama rəhbərliyinin çevriliş liderlərini qınamaqdan başqa heç nə etməyəcəyi aşkardır. Hələ qiyamçılar demokratiya mühiti yaradacaqlarına söz versələr, lap yaxşı. Ərdoğan Misirin devrilmiş lideri Mursinin malik olduğu simpatiyanı da yarada bilməyəcək. Qiyamçı liderlər Avropa və ABŞ-ın insan haqları kriteriyalarını nümayiş etdirərək həbsdəki jurnalistləri, akademikləri çıxarar, telekanalların və qəzetlərin haqlarını geri verər. Türkiyənin NATO üzvü olmağının hər hansı bir təsiri olmaz. Türkiyə hərbi çevriliş nəticəsində üzvlüyünü itirməyəcək. Türkiyədəki yeni rəhbərlik kürdlərlə səmimi şəkildə maraqlanar və kürdlər də gəmidəki yerlərini tutarlar.
"Wall Street Journal"ın Türkiyə müxbiri Diyon Nissenbaum da may ayında çevriliş ehtimalından danışan amerikalılardan biri idi.
Uzatmayım… Amerikalı jurnalist Mayk Vitney fevral ayında belə yazıb:
"Problem yaradan Ərdoğan Vaşinqtondan idarə olunan bir çevrilişlə təsirsiz hala salına bilər. Eyni bir səhnəni daha öncə Kiyevdə də izləmişdik".
Henri C. Berki adını eşitmisinizmi?
Bu köşədə yazmışdım:
İzmirli yəhudi ailəsinin uşağı idi.
Türkiyədə CIA stansiya rəhbərliyini yerinə yetirən və demokratik İslam modelini müdafiə edən Qraham Füllerin yaxın bir iş yoldaşı idi. Birlikdə "Kürd Problemi" kitabını yazmışdılar. Abdullah Öcalanla İtaliyada olanda görüşmək için birlikdə Romaya getmişdilər.
Berki PKK-nın ABŞ-dakı təmsilçisi Kani Qulama ABŞ-da qalmağı üçün referans məktubu yazacaq qədər kürdlərə yaxın idi. Səlahəddin Dəmirtaşın Vaşinqtondakı "Holiday Inn" otelindəki mətbuat konfransında birbaşa onun yanında oturmuşdu.
Həyat yoldaşı Elen Berki də CIA-nin yüksək səviyyəli işçisidir.
Yazmışdım, xatırlayın:
Tarix: 13 iyun 2007…
Hələ Ərgənəqon əməliyyatları başlamamışdı. Henri Berki Hudson İnstitutunda iclas keçirmişdi. Mövzu Türkiyədə çevriliş idi! Ssenari belə idi:
Konstitusiya Məhkəməsi Başçısı Tülay Tuğçu sui-qəsd nəticəsində öldürüləcəkdi..
Bəyoğlunda partlayan bomba 50 nəfərin ölümünə səbəb olacaqdı..
Türk ordusu 50 min əsgərlə İraqın şimalına müdaxilə edəcəkdi.. və s..
Hudson iclasının gündəmi Türkiyədə səs-küyə səbəb oldu. Guya əsgərlər çevrilişə hazırlaşırdılar. Sonra Ərgənəqon əməliyyatı başladı.
İndi bunları niyə xatırlatdım?
Fətullah Güləni tez-tez müdafiə edən, "Demokratik İslam" teoriyaçılarından Henri Berki çevriliş gecəsində "İstanbul Büyükada Splendid Palace"da qonaq idi. Görəsən niyə?
ÇEVRİLİŞİN SƏBƏBİ
Bəli. Camaat uduzdu.
Amma. ABŞ-da da hələlik məğlub olub. Belə..
1990-cı ildə Berlin səddi məhv ediləndə və Soyuq Müharibə başa çatanda Türk ordusundakı azadlıqçı-Atatürkçü əsgərlər dedilər ki, dünya iki qütblü olmaqdan çıxır və çox qütblü vəziyyətə gəlir. Sadəcə NATO-ya bağlı qalmağın mənasız olduğunu və Rusiya, Çin, İran kimi ölkələrlə də yaxınlaşmağın əhəmiyyətli olduğunu vurğuladılar.
Bu Avrasiyaçı siyasəti mənimsəyən əsgərlərin hamısı Ərgənəqon-Balyoz kimi tələlərlə həbsxanaya düşdülər, təmizləndilər. Şübhəsiz ki bu planı hazırlayan ABŞ və icra edən isə Camaat idi.
Bu arada 2012-ci ildə Ərdoğanın "bizi Şanxay Beşliyinə qəbul edin, AB-ni unudaq" kimi sözləri.
Çin ilə silah müqaviləsi imzalamağı..
Rusiya ilə yaxınlaşmağı..
Və ən önəmlisi İsraillə arasını pozmağı..
ABŞ-dakıları hərəkətləndirdi. Ərdoğanın yerinə Camaatın gizli liderliyində qurulacaq hökümət alternativi gündəmə gətirildi. (Əkmələddin İhsanoğlu kimi namizədlər də bu plan çərçivəsində gündəmə gəlmişdi.)
Camaat MİT-ə qarşı əməliyyatı bu məqsədlə gerçəkləşdirdi.
Camaat 17-25 Dekabr Əməliyyatını bu məqsədlə gerçəkləşdirdi.
Camaat MİT TIR-larına müdaxiləni bu məqsədlə gerçəkləşdirdi.
Nəticədə..
ABŞ-ın oyuncağı Camaat məğlub oldu.
Məsələ budur.
Ancaq bunu bilin ki, ABŞ-ın Türkiyədəki tək oyuncağı Camaat deyil.
Ərdoğan Soyuq Müharibə məhsulu Amerikaçı-Səudiyyəçi düşüncəsindən qurtulmalı və Atatürkçü-azadlıqçı zabitləri ciddi yerlərə daşımalıdır.